Ermənistanda məhkumlar da üsyana qalxdı

06 Sentyabr, 2019 10:57 | Siyasət | Baxış sayı: 41
Həbsxana kamerası
Həbsxana kamerası

Sıxlıq, aclıq və qanunsuzluqlar məhkumları da bezdirdi

Ermənistandakı ağır sosial iqtisadi vəziyyət həbsxanalarda da özünü göstərməyə başlayıb. Artıq məhkumlar da üsyana qalxıblar. Bu barədə ölkənin ədliyyə naziri R.Badasyan bildirib.

Nazir özünün "Facebook" səhifəsində qeyd edib ki, kütləvi üsyanların qarşısı alınıb. Əgər bu hal davam edərsə daha ciddi adımlar atılacaq. 

Həbsxalarda da vəziyyətin gərginləşməsində Paşinyanın özünəməxsus "demokratiya" anlayışının rolu böyükdür. Belə ki, baş nazirin və yaxınlarının xoşuna gəlməyən hər kəsin həbs edilməsi həbsxanalardakı sıxlığı artırıb. Bundan başqa antisanitariya, qanunsuzluqların hökm sürməsi, məhkumların yemək belə tapa bilməməsi vəziyyəti daha da gərginləşdirib.