Müdafiə naziri yeni silahlarla baxdı FOTOLAR

06 Sentyabr, 2017 11:24 | Siyasət | Baxış sayı: 296
“MSPO - 2017” sərgisi
“MSPO - 2017” sərgisi

Ən yeni silah və texnikalarPolşada sərgilənib

Azərbaycanın Müdafiə naziri yeni silahlara baxdı. müdafiə nazirliyindən İstiPress-ə verilən məlumata görə, “MSPO - 2017” sərgisi Polşada keçirilir. 

Polşa Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.