İcra hakimiyyəti general Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

06 Avqust, 2020 09:47 | Siyasət | Baxış sayı: 144
General Polad Həşimov küçəsi - Qəbələ
General Polad Həşimov küçəsi - Qəbələ

“Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil”. 

İstiPress-in məlumatına görə, bunu Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, general Polad Həşimovun adına verilən küçənin başlanğıcı Həzi Aslanov küçəsi ilə kəsişmədə yerləşir: "Görünür, küçələrin kəsişməsi yanlış rəy yaradıb. Ancaq hər iki küçə tamamilə ayrıdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib”.

Qeyd edək ki, Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.

Prezident İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olan zaman Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi barədə tapşırıq verib. Dövlət başçısı Qəbələnin küçələrindən birinə şəhid generalın adının verilməsini tapşırmışdı. 

General Polad Həşimov küçəsi - Qəbələ
General Polad Həşimov küçəsi - Qəbələ