Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

06 Avqust, 2020 13:24 | Siyasət | Baxış sayı: 81
Manat
Manat

“Hərbi qulluqçuların pensiyasında müəyyən dəyişikliklərin edilməsi ilə bağlı məlumatlar yayılıb”. 

İstiPress-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, bu məsələ ilə bağlı dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb: “Nazir mənə dedi ki, belə bir şey yoxdur. Düzdür, qanun layihəsi hazırlayırıq. Ancaq əsas məqsəd indeksasiya tətbiq etməkdir”.