Ermənistan daha 1 hərbçisini itirdi - 3 yaralı

06 Avqust, 2020 12:57 | Siyasət | Baxış sayı: 53
Ölən erməni əsgər
Ölən erməni əsgər

Ermənistanın şimalında, Gümrü-Spitak yolunda hərbçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, səhər saatlarında baş verən qəza nəticəsində A. Spartak (1997-ci il təvəllüdlü) ölüb, S. Albert (1998-ci il təvəllüdlü), N. Artuş (1991-ci il təvəllüdlü) və M. Manuk (1989-cu il təvəllüdlü) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Vanadzor tibb mərkəzinə yerləşdiriliblər.

Həkimlər M. Manukun sağlamlıq vəziyyətini olduqca ağır, digərlərinin sağlamlıq vəziyyətin isə orta ağır qiymətləndirblər.

Məlumata görə, ölümş şəxs və yaralılar Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edirlər.