Rus KİV-i: Paşinyan 7 rayonu Qarabağa dəyişir

06 Avqust, 2019 17:01 | Siyasət | Baxış sayı: 1055
Paşinyan Azərbaycanın i.ğaı olunmuş torpaqlarında
Paşinyan Azərbaycanın i.ğaı olunmuş torpaqlarında

Ermənistan baş nazirinin Xankəndi bəyanatı erməniləri qorxuya salıb

Nikol Paşinyanın Xankəndində dünən verdiyi bəyanatlar erməni ekspertlərinin ciddi qorxusuna səbəb olub.

İstiPress-in məlumatına görə, erməni KİV-lərinə müsahibə vermiş əksər ekspertlər Nikol Paşinyanın bir bəyanatla Ermənistan liderlərinin son 25 ildə çox ehtiyatla ustalıqla idarə etdiyi danışıqlar prosesini darmadağın etdiyini bildirirlər.

Məsələn, erməni politoloq Karen Bekaryan “Panorama.am”a verdiyi müsahibəsində Nikol Paşiyanın Qarabağın Ermənistan ərazisi olması ilə bağlı verdiyi açıqlamada optimizm üçün hətta minimal əsas olmadığını bildirib: “Əgər bu, populizm, şantaca əsaslanan iş üslubunun növbəti təzahürüdürsə, növbəti dəfə öz iddialarını təmin etmək üçün avantürizmdir, onda bütün xalq olaraq böyük problemlə üz-üzəyik”,- deyə Bekaryan vurğulayıb.

Beləliklə, Nikol Paşinyan dövlət başçısı kimi Dağlıq Qarabağı Ermənistan ərazi elan edib, yəni diplomatik dillə Dağlıq Qarabağın ilhaq edilməsindən bəhs edib. Bununla da. Qarabağı işğal etmiş Ermənistan liderlərinin münaqişənin həllində əsas prinsip kimi qəbul etmək istədiyi “xalqların öz müqəddəratını təyin etmə hüququ” blefini arxa plana keçirib.

Qeyd edək ki, münaqişənin həllinə nəzarət edən üç böyük xristian dövləti - ABŞ. Fransa və Rusiya da şəxsi aralarında nə qədər münaqişə olsa da, bu məsələdə həmfikirdirlər və xristian həmrəyliyini əsas götürərək Ermənistanın “xalqların öz müqəddəratını təyin etmə hüququ” blefini yürütməsinə dəstək verirlər. Yəni işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxmasını qəti tələb etmək əvəzinə Madrid prinsipləri çərçivəsində münaqişənin həllinin son mərhələsi kimi Dağlıq Qarabağda referendum keçirmək istəyirlər. Təbii ki, dövlətin ərazi bütövlüyünü toxunulmaz edan edən Helsinki prinsipləri buna imkan vermədiyinə görə, bu işə Azərbaycanı məcbur etməyə çalışırlar. Rusiyanın 2017-ci ildə irəli sürdüyü Lavrov planı, Barak Obama dövründə gündəmə gəlmiş Madrid prinsipləri məhz referendum oyunu ilə Azərbaycan torpaqlarının dinc yolla Ermənistana hədiyyə edilməsini nəzərdə tutur. Təbii ki, Azərbaycan bu varianatla razılaşmır. Amma BMT Təhlükəsizlik Şurasının “veto” hüququna malik 5 üzvündn 3-nü təmsil edən həmsədrlər Azərbaycana müharibə hüququ da vermirlər.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Ermənistan rəhbərliyi də bu illər ərzinə professional yalanlar danışaraq, münaqişənin Dağlıq Qarabağla Azərbaycan arasında getdiyini, münaqişənin Ermənistana dəxli olmadığını ilddia edir. İlk dəfədir ki, Ermənistan rəhbəri torpaqları Ermənistan ordusunun tutduğunu deyir, yəni işğal faktını təsdiqləyir. Ermənilər Azərbaycanın məhz bu bəyanatı əsas tutaraq müharibəyə başlaya biləcəyindən qorxurlar. 

Bu məsələ Ermənistanın əsas himayəçisi - KTMT və Avrasiya İttifaqı üzrə rəhbəri Rusiyanın da ermənipərəst dairələrini təətccübləndirib. Məsələn, Rusiyanın ermənipərəst “Regnum” portalının ermənipərəst şərhçisi Stanislav Tarasov bu gün yazdığı məqalədə Paşinyanın bəyanatını şərh etməyə çalışıb. Paşinyanın “Azıdlıq” radiosunun erməni redaksiyasına verdiyi müsahibədə Qarabağ münaqişəsinin həllinin ermənilərlə yanaşı azərbaycanlıları da qane etməsini vurğulayan ilk erməqni lider olması ilə fəxr etdiyini xatırladan Tarasov qəribə versiya ortaya atır.

O, düşünür ki, bəlkə də, Paşinyan 7 rayonu qaytarıb, əvəzində  Bakını Dağlıq Qarabağın Ermənistana birləşdirilməsin razı sala biləəcyinə ümid edir. Təbii ki, Tarasov özü də rəsmi Bakının buna razılıq verəəcyinə inanmır.