Əliyev Trampa başsağlığı verdi

06 Avqust, 2019 08:59 | Siyasət | Baxış sayı: 34
ABŞ bayrağı
ABŞ bayrağı

ABŞ-ın dövlət bayraqları endiriləcək

Prezident İlham Əliyev ABŞ-ın dövlət başçısı Donald Trampa başasağlığı verib. "Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Qeyd edək ki, silahalı hücumlarla bağlı ABŞ-ın ölkə xaricindəki bütün diplomatik missiyalarında 8 avqust tarixinə qədər dövlət bayrağı endiriləcək.