ABŞ Ermənistanın pulunu kəsir, Azərbaycanı varlandırır?

06 Avqust, 2019 10:37 | Siyasət | Baxış sayı: 217
4
4

İrəvan Vaşinqtondan incidi

"Nə üçün ABŞ Ermənistana yardımı azaltmaq, Azərbaycanı isə varlandırmaq qərarına gəlib?" Bu adda materialı Rusiya portallarından birində dərc edib. Yazını ixtisarla tqəqdim edirik.

"Ermənistan hökuməti ABŞ-dan ümid bağladıqları məsələ ilə bağlı çox məyusedici xəbər alıblar. Gələn ildən bu Cənubi Qafqaz ölkəsi Vaşinqtondan cəmi 6,75 milyon dollar (Foreign Assistance xətti ilə) alacaq. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2017-ci ildə 26,5 milyon idi. Həmçinin belə məlumat yayılıb ki, ABŞ separataçı rejimə də sərmayə qoymaq niyyətində deyil.

İndi Ermənistan Birləşmiş Ştatlardan çox inciyib. Bu gün İrəvanda nə üçün respublikanın bu vəziyyətə düşdüyünü tapmağa çalışırlar. Ələxsus da ABŞ-ın onların rəqibi olan Azərbaycana maliyyə yardımını 100 milyon dollara çatdırdığını söz verdikləri bir şəraitdə. 

Erməni ekspertlər baş sındırırlar – niyə belə oldu? Axı Paşinyan demək olar ki, hər gün ABŞ-a daimi sadiqlik və sevgi andı işirdi. Düzdür, and içməyinə içirdi, amma eyni zamanda Rusiya ilə hərbi (KTMT) və iqtisadi (Avrasiya) bloklarındadır. Bundan başqa Ermənistan sərhədlərinin bir hissəsini ruslar qoruyur. Burada Rusiyanın ən böyük hərbi bazalarından biri də yerləşib.

İrəvan müəyyən vaxtdan bir Moskvaya beynəlxlaq arenada badalaq versə də, ancaq Rusiyanın orbitindən çıxmağı heç cür istəmir. Bu isə bir mənaya gəlir- Ermənistan Vaşainqtona uyğun olmayan xarici siyast yürüdür.

Bununla yanaşı Ermənistan Rusiya ilə birlikdə Suriyaya da müdaxilə etməyə çalışır. Bu da Vaşinqtonu qıcıqlandırır. Burada aydın olur ki, ABŞ üçün Azərbayacan Ermənistandan daha çox maraq kəsb edir.

Əslində yüz milıyonlarla dollar rəsmi Bakı üçün cidid məna kəsb etmir. Onlar regionlada hərbi güclərin balansı üçün hava kimi lazım deyil. Azərbaycan bu gün çox  güclü orduya sahibdir. Bundan başqa Azərbaycan ABŞ-a İrana hücum edəcəkləri təqdirdə dəstək sözü vermir və antiiran kampaniyasını Bakı heç vaxt dəstəkləməyəcək.

Ehtimal ki, Vaşinqton Əfqanıstandakı Amerika hərbçilərinin tam və qismən çıxışınıən azərbayacandan daha təhlükəsiz olmasında maraqlıdır.

Ən vacibi odur ki, ABŞ artıq Ermənistanın xarici siyasətinə inanmır. Bunun üçün də Paşinyana üzərində düşünməsi gərəkdiyi məqamlar var.