İlham Əliyev: Əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir

06 İyul, 2019 09:33 | Siyasət | Baxış sayı: 116
İlham Əliyev Pirallahıda məcburi köçkünlər  üçün salınan yeni yaşayış kompleksində
İlham Əliyev Pirallahıda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində

"Bu il ən azı altı min ailə yeni mənzillərlə təmin ediləcək"

Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir.

İstiPress-in məlumatına görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin istifadəyə verilməsi zamanı məcbüri köçkünlərlə görüşdə deyib.

Prezident İlham Əliyev bildirib: "Məcburi köçkünlər üçün biz indi bu şəraiti yaradırıq. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərimiz var və onların problemləri də gündəlikdədir. İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq. Qeyd etdiyim kimi, bu il ən azı altı min ailə yeni mənzillərlə təmin ediləcək. Gələn il ondan da çox yeni evlərin tikilməsi nəzərdə tutulur".

Pir2
Pir2