Zaxarova Azərbaycana işıq yardımlarından danışdı

06 İyul, 2018 08:45 | Siyasət | Baxış sayı: 156
Mariya Zaxarova
Mariya Zaxarova

"Bunu, prezident İlham Əliyev də vurğulayıb"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Mingəçevir şəhərindəki istilik elektrik stansiyasında baş vermiş qəzaya münasibət bildirib.

"Sputnik"in məlumatına görə, o, iyulun 5-də keçirilən ənənəvi brifinq zamanı Rusiyanın Azərbaycana köməyindən danışıb.

"Azərbaycana elektrik enerjisi tədarükünün təmin edilməsində Rusiyanın "İnter RAO" şirkətinin əhəmiyyətli yardım göstərdiyini qeyd etmək istərdim. Azərbaycan mediasının yazdığına görə, o, özünü ən yaxşı tərəfdən göstərib və bunu prezident İlham Əliyev də vurğulayıb".

XİN rəsmisi qeyd edib ki, azərbaycaanlı lider ölkənin enerji sistemində baş verən vəziyyətlə əlaqədar göstərilən köməkliyə görə Rusiya və Gürcüstana minnətdarlığını bildirib.