İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Yunis Səfərovla görüşüblər

06 İyul, 2018 18:39 | Siyasət | Baxış sayı: 156
Həbsxana (arxiv)
Həbsxana (arxiv)

O, şikayət etməyib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla görüşüblər.

İstiPress-in məlumatına görə, Komitə sədri Tural Hüseynov bildirib ki, görüşdə onun müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib.

Y.Səfərov saxlanma şəraiti və ona qarşı rəftardan şikayət etməyib.

“Yunis Səfərova qarşı hər hansı qeyri-insani rəftara və işgəncəyə yol verilməyib. O, saxlanmadan heç bir şikayət etmədi və işgəncəyə məruz qalmadığını bildirdi. Bildiyiniz kimi, Yunis Səfərov hadisəni törətdikdən sonra əlində silah qaçmağa cəhd edib və onu tutmaq istəyən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis Yunis Səfərovu tərksilah etmək istəyərkən ona qanunvericilik çərçivəsində güc tətbiq etmək məcburiyyətində qalıb”, - deyə T.Hüseynov bildirib. 

Yunis Səfərov
Yunis Səfərov