Elmar Vəliyevə atəş açmış Yunis Səfərov danışdı - VİDEO

06 İyul, 2018 17:14 | Siyasət | Baxış sayı: 2198
Yunis Səfərov
Yunis Səfərov

O, bəzi etiraflar etdi

"Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında baş vermiş hadisəni mən törətmişəm. Hazırda saxlanılmışam və istintaq gedir".

İstiPress-in məlumatına görə, bunu "Xəzər Xəbər"ə açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş Yunis Səfərov deyib.

Y.Səfərov qeyd edib ki, hüquqları ona izah olunub və vəkillə təmin edilib.

Y.Səfərov, sosial şəbəkələrdə ona qarşı güc tətbiq edildiyi və xəsarət yetirildiyi barədə yayılmış görüntülərə də münasibət bildirib.