Bakıya gəlməyə hazırlaşan prezidentin nə qədər pulu var?

06 İyul, 2018 10:37 | Siyasət | Baxış sayı: 201
"Audi A8"
"Audi A8"

Ərdoğanın mal varlığı açıqlandı

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın mal varlığı açıqlanıb. İstiPress-in məlumatına görə, siyahı ölkənin rəsmi qəzetində yer alıb. 

Prezidentin gəliri haqqında verdiyi bəyannamədə qeyd edilir ki, onun ayrı-ayrı banklarda 6 milyon 347 min lirə (təqribən 1 milyon 379 min dollar) nəğd pulu var.

Bundan başqa məmləkəti olan Rizənin Güneysu rayonunda Dumanlı kəndində  dəyəri 10 min lirə (2173 dollar) olan 2 min kvadrat metr ərazi, Üsküdar Kısıklıda 4 milyon lirə (869 min dollar) qiymətində evə sahibdir. 

Prezidentin adına cəmi bir maçın var -   234 min lirəlik(50850 dollar)  "Audi A8". 

Prezidentin borcu da var. Sənədlərdə qeyd edilir ki, onun Mehmet Gür adlı iş adamına olan borcu 2 milyon lirədir (434 min dollar cicvarı).