Prezidentdən sosis bənzətməsi

06 İyun, 2018 09:50 | Siyasət | Baxış sayı: 103
Sosis
Sosis

"Bismarkın dediyi kimi..."

Fransa prezidenti Emanuel Makron amerikalı həmkarı Donald Trampla danışığının detallarını açmaqdan boyun qaçırıb. İstiPress-in məlumatına görə, Almaniyanın ilk kansleri Otto fon Bismarkdan sitat gətirib. 

"Mən heç zaman bağlı qapı arxasındakı görüşlərdə nə baş verdiyini dnaışmıram. Bismarkın dediyi kimi, əgər insanlar sosislərin reseptini bilsələr, əmin deyiləm ki, onu yeməyə davam edərlər".

Onun sözlərinə görə, "mətbəx sirləri" çətin ki, masanın quruluşuna və ya iştahın artımına səbəb olsun. Bununla yanaşı fransız lider həmkarı ilə dialoqun açıq-səmimi olduğunu deyib. 

Xatırladaq ki, Makronla Tramp arasında ötən həftə telefon danışığı olub. Yerli mətbuat danışığın olduqca bərbad olması barədə xəbər yayıb. BFMTV telekanlaının məlumatına görə, Makron ABŞ liderinin metal, polada gömrük vergisini artırmasını qanunsuz adlandırıb, bunu səhv addım kimi dəyərləndirib. 

E.Makron və D.Tramp
E.Makron və D.Tramp