Prezident icra başçısını işdən çıxardı

06 İyun, 2018 15:20 | Siyasət | Baxış sayı: 260
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

İlham Əliyev sərəncam imzalayıb

Ağdamın icra başçısı işdən çıxarılıb. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Raqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. 1993-2014-cü illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olub.

Prezidentin 16 aprel 2014-cü il tarixli sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.