Metro açılır, tətil bitdi

06 İyun, 2018 12:25 | Siyasət | Baxış sayı: 81
Tiflis metrosu
Tiflis metrosu

Tiflis meri maşinistləri razı slaıb

Tiflis metrosunda maşinistlərin tətili bitib. İstiPress-in gürcü mətbuatına istinadla verdiyi məlumata görə, konsultasiya keçirən maşinistlər yenidən işlərinin başına qayıtmaq barədə qərar qəbul ediblər. 

Aksiya iştirakçılarının sözlərinə görə, maaş artımına görə məsuliyyəti üzərinə şəhər meri Kaxa Kaladze götürüb. Lakin bu qərarın nə zaman veriləcəyi hələlik bəlli deyil. 

Xatırladaq ki, maşinistlər maaşlarının 45 faiz artırılmasını tələb edirdilər. Paytaxtda nəqliyyat kollapsı iyunun 4-dən başlamışdı. Metro işləmədiyi üçün şəhərdə ucsuz bucaqsız tıxaclar yaranmışdı. Şəhər sakinləri iş başına saatlara gecikmə ilə çatıblar. 

Bələdiyyə avtobusları isə bu günlər ərzində pulsuz fəaliyyət göstərib.