Binəqədiyə yeni başçı təyin edildi

06 İyun, 2018 15:17 | Siyasət | Baxış sayı: 391
İmza
İmza

İlham Əliyev sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

E. Allahverdiyevin uzun müddət bank sektorunda çalışdığı bildirilir. 

O, həmçinin Kapital Bankın İdarə Heyətinin  sədri Rövşən Allahverdiyevin qardaşıdır.