Belə də olur, ancaq Ermənistanda

06 İyun, 2018 12:46 | Siyasət | Baxış sayı: 209
Həkim
Həkim

Fransız həkim Paşinyana görə qayıdır

Ermənistanın baş naziri Nikol Paşinyanın xırıltılı öskürəyini eşidən Fransada yaşayan Gevork Abqaryan adlı erməni həkim dərhal öz tarixi vətəninə qayıtmağa qərar verib. O, xalq inqilabçısını müalicə etmək istəyir.

Bu barədə "Sputnik"in erməni versiyasında məlumat yayılıb. Düzdür, bu həkimin hansı yolla – yuxuda, televizorda və ya radioda Paşinyanın öskürəyini eşitdiyi açıqlanmır.

İndi yerli həkimlər inciyiblər. “Biz onu müalicə edə bilmərik ki?”.

Erməni baş naziri  isə bu sayıqlamanı öz “Facebook”unda yerləşdirməklə vaxtını belə axmaq işlərə sərf edir. Görünür piarı çox sevir. Hansı yolla olmasındna asılı olmayaraq....