ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr Xidmətinin rəisi Mais Məmmədovun mətbuata açıqlaması

06 May, 2019 18:56 | Siyasət | Baxış sayı: 6355
ANS loqo
ANS loqo

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr xidmətinin rəisi Mais Məmmədov “istipress.com”a bildirib ki, sözü gedən işə xitam verilməsi ilə əlaqədar respublika prokurorluğundan məktub alıblar.

“Əvvəldən bildirmək istəyirəm ki, ANS-in vəzifəli şəxsləri və təsisçilərinə qarşı heç vaxt heç bir ittiham irəli sürülməmişdir. Belə ki, bizə göndərilən məktubda deyilir ki, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ANS-ə qarşı hər hansı pretenziyası yoxdur”.

 Məktubun surəti əlavə olunur.