Putin Ərdoğanla razılaşdı - atəşkəs başladı

06 Mart, 2020 08:46 | Siyasət | Baxış sayı: 98
R.T.Ərdoğan və V.Putin
R.T.Ərdoğan və V.Putin

Atəşkəs bu gecə saat 00:01-də qüvvəyə minib

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İdlib barədə razılıq əldə etdilər. Bu gecədən başlayaraq Suriyanın İdlib şəhərində iki prezident arasında əldə edilən atəşkəs barədə razılıq qüvvəyə minib. 

İki prezident arasında əldə edilən razılaşma martın 6-sı saat 00:00-dan mövcud təmas xəttindəki bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Hər iki lider terrorizmə qarşı mübarizənin zəifləməsinə imkan verilməməsi və Suriyada Astana formatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd eədk ki, görüş zamanı Ərdoğan həmkarını iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi ilə əlaqədar olaraq Türkiyəyə dəvət edib.