Kremli mat qoyan Türk Silahı - dünya Moskva görüşü barədə

06 Mart, 2020 16:17 | Siyasət | Baxış sayı: 1298
Türkiyə silahlı pilotsuz uçan aparatı (SİHA)
Türkiyə silahlı pilotsuz uçan aparatı (SİHA)

Möhtəşəm Türk Ordusu şeytani vəsvəsəni həyata keçməyə qoymadı

Rəsmi Rusiya mətbuatının necə təqdim etməyindən asılı olmayaraq, Moskvada Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında baş vermiş görüş Türkiyə üçün uğurlu olub.

İstiPressin məlumatına görə, bunu görmək üçün müxtəlif ekspertlərin rəylərini, üçüncü ölkələrin mətbuatını izləmək lazımdır.

Rusiya rəsmi dairələrinin mövqeyini, məsələn, “İzvestiya”dan oxumaq olar. Qəzetdə görüşə həsr edilmiş məqalədə iddia edilir ki, bəs, Türkiyə hakimiyyəti Rusiya-İran koalisiyası ilə döyüşdə zəifliyini gördü, NATO-ya müraciət etdi, lazımi dəstək ala bilmədiyi üçün yenidən Moskvaya Putinin ayağına gəlməli oldu.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Moskva görüşü
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin Moskva görüşü

Amma Ermənistanın türkləri heç də sevməyən analitika portalı “Lragir” tamamilə fərqli mövqe göstərir. Portal “Ərdoğan istədiyinə nail oldu” başlıqlı məqaləsində qeyd edir ki, Suriyada Əsad ordusu hücumları ilə Hələblə İdlibi birləşdirən M4 yolunu nəzarətə götürmək istəsə də, bunu bacarmadı, hazırda yol Türkiyə və Rusiya patrullarının birgə nəzarəti altındadır. 

Ermənistanın “Armenianreport” potralında dərc olunmuş başqa məqalədə isə açıq mətnlə bildirilir ki, Türkiyə ordusu buna çağdaş silahı - silahlı pilotsuz uçan aparatları (SİHA) ilə nail olub. Əsədin ən müasir rus silahları ilə təchiz olunmuş ordusu isə darmadağın edilib.

İdlib ətrafında nəzarət zonaları
İdlib ətrafında nəzarət zonaları

Təbii ki, ermənilər bütün bunları rus hərbi ekspertlərinin fikirlərinə əsaslanaraq bildlirirlər. Belə ekspertlərdən biri - Aleksandr Qoltsın  "Yejednevnıy jurnal" portalında  dərc olunmuş “Dronların hücumu” məqaləsində göstərir ki, tarixdə ilk dəfə döyüşə bu sayda SİHA çıxaran türklər həm də onlar üçün döyüş taktikası hazırlayıblar ki, başqa ölkələr hələ bunu bacarmır.             

Türkiyə SİHA-sı
Türkiyə SİHA-sı

Təbii ki, döyüşlər öz ölkəsindən müsəlmanları bombalayaraq çıxaran Bəşar Əsədin də ağlını başına yığıb. Zərdüştiliyin, xristanlığın və İslamın qəribə qarışığı olan nüseyrilik təriqətinin təmsilçisi olan Bəşar Əsəd özü də bilmədən vəhhabi - sionist - nurçu (FETÖ) üçlüyünün gerçəkləşdirdiyi Böyük Orta Şərq layihəsinə xidmət edir. Bu layihəyə görə, vətəndaş müharibəsi nəticəsində Suriyanı tərk edən və avropalılarla eyni ata genləri daşıyan aysorlar, kürdlər və türkmənlər Avropaya miqrasiya etməli, semit geni daşıyan ərəblər (14 milyona yaxın adam) isə Anadoluya yerləşməli idi.

Böyük şəhərlərə - İstanbula, Ankaraya, İzmirə, Adanaya yerləşən ərəblər Türkiyədə ərəbcə təhsilə nail olmalı idilər, daha sonra ərəb dili İslamın rəmzi kimi Türkiyənin dövlət dilinə çevrilməli idilər.  Beləliklə, vəhhabilər əməvilərin 39 hücumla işğal edə bilmədikləri İstanbulu döyüşsüz ələ keçirməyi planlaşdırırdılar.

Suriya isə sionitstlər üçün vəd edilmiş torpaqlara qıtlacaqdı və Yaxın Şərqi son min ildə nəzarətdə saxlamış türklər tarixə gömüləcəkdi. Göründüyü kimi, türk silahı bu şeytani vəsvəsəni həyata kesməyə qoymadı və artıq Bəşar Əsəd Suriya qaçqınlarının geri qaytarılması ilə bağlı Türkiyə ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.