Jirinovski ABŞ etnik silah yaratdı: "Yalnız Azərbaycan müqavimət göstərə bilər" VİDEO

06 Fevral, 2020 11:05 | Siyasət | Baxış sayı: 139
V.Jirinovski
V.Jirinovski

RLDP sədri ABŞ-ın Çindəki xəstəliyini qəsdən yaratdığını deyib

ABŞ çinlilərə qarşı etnik silah yaratdı. Bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, Amerika ədəbiyyatında dəfələrlə etnik silah termini işlədilib. Təxminən 20 il əvvəl Zbignev Bzezinski bir toplantı çağırdı və dedi: “Ruslara qarşı etnik silah yarada bilərsiniz? Yox cavab alanda o, əsəbiləşdi. Ruslara qarşı hələ də yaratmayıblar-amma çinlilərə qarşı yaratdılar”. 

Onun sözlərinə görə, iqtisadi cəhətdən Çini məğlub etmək olmaz. Müharibə lazımdır, amma o, nüvə silahına malikdir. Deməli, xəstəlik lazımdır vəssəlam. Bunların hamısı gözümüzün qabağında baş verir",-deyə RLDP lideri qeyd edib.

Bundan əlavə, Liberal Demokrat Partiyasının başçısı ABŞ Dövlət katibi Maykl Pompeonun Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistana etdiyi səfərlə əlaqədar deyib. O, qeyd edib ki, Rusiyadan uzaqlaşdırmaq üçün hər yerdə “pryaniklər” paylanır. Heç nə verməyəcəklər, amma söz verirlər. 

"Və bütün qərb ərazilərimiz: Baltikyanı ölkələr-üç, Ukrayna, Belarus, Moldova - altı, Gürcüstan, Ermənistan - səkkiz, hamısı tədricən Qərbə üz tutacaq və anti-Rusiya mövqeli olacaq. Yalnız Azərbaycan müqavimət göstərə bilər. Çünki digər keçmiş sovet respublikaları ilə müqayisədə orada ölkənin başında daha ağıllı bir insan var”.