ABŞ ordusunun Baş Qərargah rəisi istefa verdi

06 Yanvar, 2019 12:41 | Siyasət | Baxış sayı: 47
Kevin Svini
Kevin Svini

Özəl sektora qayıtmaq vaxtı gəlib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Baş Qərargah rəisi Kevin Svini istefa verib. 

IstiPress-in məlumatına görə, bu barədə nazirliyin saytında məlumat verilib.

“Pentaqonda iki illik fəaliyyətimdən sonra özəl sektora qayıtmaq vaxtı gəlib çatıb. Mənim üçün Müdafiə Nazirliyində xidmət göstərmək şərəf olub”, - deyə K. Svini bəyanatında bildirib.