Dünyanın ən güclü ordusuna əmr verildi - Savaşa hazır ol!

06 Yanvar, 2018 14:55 | Siyasət | Baxış sayı: 730
Çin ordusu
Çin ordusu

"Ölməkdən qorxmayın"

"Savaşa hazır olun!".  Çin Xalq Respublikasının rəhbəri Si Tszinpin dünyanın ən güclü ordusuna tapşırıq verib. İstiPress-in məlumatına görə, bölgədə geosiyasi gərginliyin artdığı bir zamanda Çin dünyanı qorxuya salan təlimat verib. Tszinpin hərbçilərə ölkələrini müdafiə edərkən ölməkdən qorxmamaq çağırışı da edib. 

Çin mətbuatı ölkə başçısının bütün Orduya çağırışını "bənzərinə nadir rast gəlinən mesaj" kimi təqdim edib. 

Si Tszinpin bir neçə gün öncə Hebei vilayətində Çin Xalq Qurtuluş Ordusunun mərkəzi komandanlığında olub. O, burada minlərlə hərbçiyə müraciət edib. "Nə çətinliklərdən, nə də ölümdən qorxun". 

Ordu rəhbərliyindən isə gerçək savaş təlimləri keçirmək, ən son texnoloji yeniliklərlə bağlı araşdırmaları artırmaları, hərbi qurğuları modernəşdirmə səylərini artırmaq tapşırığı verib. 

Ölkənin dörd bir yanında olan hərbçilərin Çin rəhbərini dinləyə bilməsi üçün hərbi hissələrdə böyük monitorlar qurulub. 

Çin ordusu 2 milyonluq hərbçisi isə dünyanın ən böyük şəxsi heyəti adına sahibdir. 2012-ci ildə hakimiyyətə gələn Si ölkənin  hərbi gücünü artırmağı əsas strateji hədəf kimi qarşısına qoyub. O, hələ ötən ilin oktyabr ayaında 2050-ci ilə qədər dünya standartlarına tam cavab verən Çin ordusu qurmaq çağırışı etmişdi. 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen Inın raket sınaqları, Yaponiyanın hərbi təlimləri, Donald Trampın savaş təhdidi bölgədə gərginliyin artmasına səbəb olan əsas amillərdir.