BDU-nun rektorunun Prezident Aparatında işləyən qardaşı vəfat etdi

06 Yanvar, 2018 16:52 | Siyasət | Baxış sayı: 431
Abel Məhərrəmov  - BDU-nun rektoru
Abel Məhərrəmov - BDU-nun rektoru

Bakı Dövlət Universitetinin (BDU)  rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib.

İstiPress-in məlumatına görə,  A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib.  Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Mərhum bu gün ürək tutmasından iş başında vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş. 

Xəbəri BDU-dan təsdiqləyiblər. 

Mərhum bu gün Mehdiabad qəbiristanlığında dəfn olunub. Mərhumun atası da eyni qəbiristanlıqda dəfn olunub.
 
Qeyd edək ki, M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov  2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
 
Allah rəhmət eləsin!

Məhərrəm Məhərrəmov
Məhərrəm Məhərrəmov