Suriya ordusu terrorçuların Dəməşqdəki mövqelərini bombalayıb

06 Yanvar, 2017 06:10 | Siyasət | Baxış sayı: 18
Suriya ordusu terrorçuların Dəməşqdəki mövqelərini bombalayıb
Suriya ordusu terrorçuların Dəməşqdəki mövqelərini bombalayıb

Vadi Bəradə vadisində irimiqyaslı antiterror əməliyyatları genişləndirilir

Suriya ordusu su mənbələrinin nəzarət altına qaytarılması məqsədi ilə ölkə paytaxtı Dəməşqin qərbində yerləşən Vadi Bəradə vadisində irimiqyaslı antiterror əməliyyatlarını genişləndirir.

İstiPress TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalının məlumatında bildirilir.

Hökumət qüvvələri cümə axşamı Deyr-Məkrin yaşayış məntəqəsi ərazisində "Nüsra cəbhəsi" terror qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

Terrorçular hazırda əvvəlki kimi Dəməşq ətrafındakı ən böyük su anbarı olan Ayn-əl-Ficini öz nəzarətləri altında saxlamaqdadır. Onlar paytaxta içməli suyun daxil olduğu boru kəmərini sıradan çıxardıb.