Ermənistanı belə məhv edəcəklər

06 Yanvar, 2017 20:00 | Siyasət | Baxış sayı: 667
Ermənistan tankları
Ermənistan tankları

Strateji plan açıqlandı

Son 8 ildə NATO və ABŞ əleyhinə mövqe tutan ölkələr arasında yer alan Ermənistan öz patronu Rusiya ilə birlikdə məhv ediləcək.

İstiPress-in məlumatına görə, erməni politoloq İqor Muradyan bu barədə bu gün yazdığı məqaləsində bildirib.

“Hazırda Amerikada hakimiyyətə yeni siyasi komanda gəlib… NATO və Amerika-Britaniya regionalizminin, o cümlədən Qara dəniz-Qafqaz bölgəsində  fəallaşmasının vaxtı çatıb. Bu yeni ideyaların irəli sürülməsi və regionda yeni prinsiplərə baxılması deməkdir. Amerika durğunluqdan çıxır və tamamilə yeni xarici siyasi təşəbbüs gözlənilir”, - deyə Muradyan irəli sürdüyü proqnozu əsaslandırarkən vurğulayıb.

"Gürcüstan və Azərbaycanın Qərbin siyasi və hərbi qurumlarına cəlb edilməsi göstərir ki, region Qərb üçün xüsusi önəm daşıyır”.

İqor Muradyanın fikrincə, Ermənistanın siyasi məhvi, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində özünü göstərəcək, çünki yeni administrasiya münaqişənin həlli üzrə yeni təkliflər irəli sürəcək: “Serj Sarkisyan praktiki olaraq bundan əvvəlki respublikaçılar adminstrasiyası - C.Buş tərəfindən ABŞ siyasəti çərçivəsində işlənmiş mövqeni dəstəkləməkdədir. Barak Obama administrasiyası ABŞ-ın Cənubi Qafqaz siyasətinə demək olar ki, heç nə gətirmədi”.

Erməni politoloq iki gün öncə yazdığı başqa bir məqaləsində isə Cənubi Qafqazın Qərb və Rusiya arasında  Ermənistan üçün arzuolunmaz formatda bölündüyünü bildirib: “Region ölkələrinin Qərblə (Gürcüstan, Azərbaycan) və Rusiyayla (Ermənistan) hərbi-siyasi əməkdaşlığı xüsusi önəm kəsb edir. Bu ölkələrin  (Gürcüstan və Azərbaycanın - red.) Qərbin siyasi və hərbi qurumlarına cəlb edilməsi göstərir ki, region Qərb üçün xüsusi önəm daşıyır”.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Əslində, İqor Muradyan bir erməni kimi ABŞ-ın Cənubi Qafqaz regionunda status-kvonu dəyişmək istəyinin ola biləcəyindən ehtiyat edir. Ermənilər bütünlükdə bir millət olaraq status-kvonun qeyri-müəyyən tarixə qədər uzadılmasına və nə vaxtsa Helsinki xartiyasının arxa plana keçməsindən sonra  Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıtmağa ümid edirlər. Onların bu planı Trampın gəlişindən sonra Rusiya ilə ABŞ arasında yaranmış anlaşma nəticəsində pozula bilər.

Azərbaycan yaranmış fürsətdən istifadə edərək hər iki supergüclə məsələnin 1984-cü ildə qəbul edilmiş Helsinki xartiyası əsasında həllinə nail olmalıdır. Həmin xartiyaya görə, münaqişələrin həlli zamanı əsas diqqət ərazi bütövlüyünün qorunmasına verilməlidir.