BMT sülhməramlıları Afrikada yenə hücuma məruz qalıb

06 Yanvar, 2017 23:35 | Siyasət | Baxış sayı: 22
BMT sülhməramlıları Afrikada yenə hücuma məruz qalıb
BMT sülhməramlıları Afrikada yenə hücuma məruz qalıb

Mərkəzi Afrika Respublikasında son bir həftə ərzində 3-cü BMT sülhməramlısı öldürülüb

Mərkəzi Afrika Respublikasında son bir həftə ərzində 3-cü BMT sülhməramlısı öldürülüb.

İstiPress-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“Təxminən 50 silahlı Uam-Pende prefekturasının Koyi şəhərində xidməti vəzifəsini həyata keçirən sülhməramlılara hücum edib. İnsident nəticəsində Banqladeşdən olan sülhməramlı həyatını itirib”, - deyə S.Düjarrik bildirib.

Qeyd edək ki, yanvarın 4-də MAR-ın Obo şəhəri yaxınlığında silahlılar BMT-nin avtomobil karvanına hücum edib. Hadisə nəticəsində 2 mərakeşli əsgər ölüb, daha 2-si yaralanıb.