Fransada 550 km-lik tıxac

05 Dekabr, 2019 16:15 | Siyasət | Baxış sayı: 75
Fransa
Fransa

Bu gün pensiya islahatılarına qarşı ümumxalq tətili başlayır

Fransada pensiya islahatlarına qarşı keçirilən etirazlar pik həddə çatır. İl-de-Frans paytaxt regionunda ümummilli tətillər ərəfəsində tıxacların uzunluğu 550 kilometri ötüb.

Dekabrın 5-nə planlaşdırılan pensiya islahatlarına qarşı miqyaslı ümummilli tətil ictimai nəqliyyatın işində ciddi problemlər yaradıb. Tətillər səbəbindən artıq Paris metrosunun 11 xəttində qatarlar işləmir, üç xətdə isə hərəkət məhdudlaşdırılıb. Ümumilikdə gün ərzində 5 stansiyanın işləyəcəyi açıqlanıb. 

Şəhərkənarı elektrik qatarlarının fəaliyyətində də problemlər gözlənilir. Həmçinin Fransa paytaxtında avtobus və tramvayların yalnız 30 faizi marşruta çıxacaq. "Air France" aviakompaniyasının ölkədaxili uçuşlarının isə 30 faizi ləğv olunub.

Rabitə, elm-təhsil, səhiyyə, elektrik şirkətləri, poçt əməkdaşları, vəkillər, hava limanı işçiləri də aksiyaya qatılacaqlarını açıqlayıblar. Nümayişlərə "sarı jiletlilər"ində qatılacağı gözlənilir. Ölkənin daxili işlər naziri ölkə miqyasında 250 nümayişin keçirilməsinin gözlədiklərini deyib.

Ölkədə aparılan sorğuya görə, əhalinin 69 faizi bu tətili dəstəkləyir. Dəstək verənlər arasında 18-34 yaş aralığında olanlar daha çoxdur. .

Tətilin prezident Emanuel Makronun pensiya planından əl çəkənə kimi davam edəcəyi açıqlanıb.

Tıxac
Tıxac