Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır

05 Dekabr, 2019 13:49 | Siyasət | Baxış sayı: 51
Gürcüstan və Azərbaycan bayraqları
Gürcüstan və Azərbaycan bayraqları

Artıq fəaliyyət planı tərtib edilib

"Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir". Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. 

Komitə sədri deyib ki, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub.

Bundan başqa Dövlət Komitəsinin sifarişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub".