Azərbaycandan Pakistana dəstək

05 Dekabr, 2019 16:01 | Siyasət | Baxış sayı: 76
Said Xan Mohmand və Zakir Həsənov
Said Xan Mohmand və Zakir Həsənov

Zakir Həsənov diplomatik missiyası bitən səfirlə görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmand ilə görüşüb.

Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib. Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirəsi zamanı Azərbaycan Ordusu ilə Pakistan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Pakistanın ölkəmizin ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir.