Rusiyada aeroporta Fərman Salmanovun adı verildi

05 Dekabr, 2018 08:50 | Siyasət | Baxış sayı: 86
Fərman Salmanov
Fərman Salmanov

Azərbaycanalı geoloq 58 faiz səs toplayıb

Surqut şəhər aeroportu Sibir neftini kəşf edən Azərbaycan kəşfiyyatçı geoloqu Fərman Salmanovun adını daşıyacaq. "Rusiya 1" telekanalının birbaşa efirində "Rusiyanın böyük adları" müsabiqəsinin nəticələri açıqlanıb. Səsvermənin nəticələrinə görə, 47 beynəlxalq və federal hava limanından 42-si yeni ad alıb.

Müsabiqənin final mərhələsində o, Aleksandr Filipenko və Yermak Timofeyeviçi qabaqlayıb və 58 faiz səs toplaya bilib. 

Rusiya prezidenti Vladimir Putin hava limanlarının adının dəyişdirilməsi haqqında fərman imzalandıqdan sonra, yeni ad, aeroportların artıq mövcud olan adına "əlavə olunacaq".

Xatırladaq ki, müsabiqə oktyabr ayından başlamışdı. Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdiriblər.