Rayon icra başçısı orden aldı

05 Dekabr, 2018 16:19 | Siyasət | Baxış sayı: 300
Şair Alxasov - Qusar rayon İH başçısı
Şair Alxasov - Qusar rayon İH başçısı

Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Şair Alxasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Balaşərif oğlu Alxasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Şair Alxasov Qusar rayon İcra Hakimiyyətinin başçısıdır. İstiPress-in şimal bürosuna müsahibə verən Şair Alxasov göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı layiqli işi ilə doğruldacağını söyləyib.