Paşinyanın yalanı üzə çıxdı

05 Dekabr, 2018 10:19 | Siyasət | Baxış sayı: 165
KTMT qoşunları
KTMT qoşunları

"KTMT sammitinin vaxtının dəyişdirilməsini Paşinyan özü xahiş edib"

KTMT-nin dekabr ayının 6-da Sankt Peterburda keçirilməsi planlaşdırılan sammiti Ermənistanın xahişi ilə təxirə salınıb. Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

Ermənilər ölkədə baş verən hadisələr, o cümlədən dekabrın 9-da keçiriləcək parlament seçkisini nzərə almaqla bu addımın atılmasını istəyiblər.  

Uşakov bildirib ki, bu hərbi təşkilatın yeni baş katibini mütləq bu ilin sonuna kimi seçəcəklər.

İclasın məhz Paşinyanın xahişlərindən sonra təxirə salınması barədə saytımız hələ bir neçə gün öncə bəzi ekspertlərin fikirlərinə əsasən yazmışdı. Nikol Paşinyan isə  bildirmişdi ki, Putinlə telefon danışığı zamanı guya Rusiya prezidenti sammiti dekabrın 6-da keçirməməyi xahiş edib. Ermən nazir isə etiraz etmədiyini deyib.

Yalan erməni siyasətçilərin əsas silahıdır. Bəzi rusiyalı ekspertlər hesab edirlər ki, KTMK-nin baş katibi məsələsi artıq həll edilib. Ancaq rəsmi təsdiqini gözləyir.

Təşkilat üzvləri Ermənistanda baş verən hadisələrdən çox narahatadırlar. Onların fikrincə, bu önəmli postu erməniyə həvalə etmək heç ağlabatan deyil. Axı heç kim Ermənistanın yeni nümayəndəsinin də cinayət məsuliyyətinə cəlb edilməyəcindən sığortalanmayıb. Ermənistanda indi bu dəbdir.  

KTMT baş katibi postunu erməni general Yuri Xaçaturov tutub. Lakin o, Ermənistanda 1 mart 2008-ciil hadisələrinə görə ittiham edilib. Bir neçə ay öncə İrəvanda həbs edilib. Sonradan azad edilmişdi. Daha sonra Xaçaturov KTMK baş katibi postundakı vəzifəsindən azad edilib. Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib.