Prezident ABŞ səfirliyinə getdi, matəm kitabına yazdı FOTO

05 Dekabr, 2018 12:16 | Siyasət | Baxış sayı: 61
Prezident ABŞ səfilriyində
Prezident ABŞ səfilriyində

İlham Əliyev Corc Buşun ölümü ilə bağlı başsağlığı verib

Prezidenti İlham Əliyev bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub.

İ.Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.

Prezident ABŞ səfilriyində
Prezident ABŞ səfilriyində

ABŞ-ın ən məşhur prezidentlərindən biri olan Corc Buş (ata) dekabrın 1-də dünyasını dəyişib. Ölkənin 41-ci prezidenti 94 yaşında vəfat edib. 

O, 1989-1993-cü illərdə ABŞ-a rəhbərlik edib. Buna kimi, Ronald Reyqanın dövründə böyük Buş o vitse-prezident postunu tutub. Böyük Buşun beynəlxalq siyasəti Panama, Fillipin, Fars körfəzindəki hərbi əməliyyatlarla yadda qalıb. Berlin divarının dağıdılması, SSRİ-nin süqutu məhz onun prezidentlik dövrünə təsadüf edib.