Paşinyanın arvadına ən qeyri-adi hədiyyəsi

05 Dekabr, 2018 19:59 | Siyasət | Baxış sayı: 140
Anna Akopyan və Nikol Paşinyan
Anna Akopyan və Nikol Paşinyan

Anna Akopyan kifayət qədər diqqəti cəlb edən və qeyri-adi şəxsdir

Nikol Paşainyan öz arvadına gözəl hədiyyə edib.

“168 Jam” qəzeti yazır ki, ölkə prezidentinin malikanəsi Anna Akopyana veriləcək. Bu villadan keçmiş prezident Serj Sarkisyan qovulandan sonra orada yaşayış olmayıb.

İndi baş nazir vəzifələrini icra edən şəxsin arvadı bundan istifadə etmək niyyətindədir. Qəzet onun mətbuat xidməti ilə də əlaqə yaradıb. Mətbuat katibi uzun müddət fikirləşəndən sonra belə məlumatı olmadığını deyib.

Qeyd edək ki, Akopyan kifayət qədər diqqəti cəlb edən  və qeyri-adi şəxsdir. Onun helikopterlə rəfiqəsinin çiyələk istixanasına baxmağa getdiyini yazmışdıq. Artik şəhərinin sakinlərini xanımın bu əməli heyrətləndirib. Axı bu şəhər İrəvanın bir addımlığında yerləşir. Maşınla maksimum 1 saatlıq məsafədə.