Məmmədyarov və Mnatsakanyan Milanda Qarabağdan danışacaq

05 Dekabr, 2018 09:49 | Siyasət | Baxış sayı: 23
Milan
Milan

Bu gün XİN rəhbərləri arasında yeni görüş keçiriləcək

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü baş tutacaq.  Elmar Məmmədyarov və  Zöhrab Mnatsakanyan arasında görüş Milanda keçiriləcək. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə olacaq. 

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Xatırladaq ki, Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası keçirilir.