Ərdoğan ABŞ-ı Qüdslə hədələdi

05 Dekabr, 2017 13:47 | Siyasət | Baxış sayı: 289
R.T.Ərdoğan
R.T.Ərdoğan

"ABŞ-ın Türkiyəyə qarşı bir planı olduğu aydın görünür"

ABŞ  Qüdsü İsrailin paytaxtı kimi tanımağa qərarı verərsə, Türkiyə İsraillə diplomatik əlaqələri kəsmə bilər. 

İstiPress-in "Haberturk"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında deyib.

R. T. Ərdoğan bildirib ki, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq: “Belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcəyik. Bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.  

Türkiyə prezidenti ABŞ-da davam edən Rza Zərrab məhkəməsinni ABŞ dövlətindəki bir qrup təşkil etdiyini deyib: “Dövlətin kritik nöqtələrindəki köhnə qrupun hazırkı hökumətin siyasətinə zidd olaraq başqa siyasət yeritdiyi anlaşılır. Bizim tərəf-müqabilimiz hörmətli Trampdır və belə də qalacaq”.   

R. T. Ərdoğan bəyan edib ki, ABŞ  Türkiyədən xahiş edəndə Ankara İrandan neft idxalını müəyyən səviyyəyə azaldıb: "Bir çox ölkə bunu etmədi. Qərbin ən güclü ölkələri İrana mal ixrac etdi. Biz İranla əlaqələrimiz zamanı mümkün qədər ABŞ-ın istəklərini nəzərə aldıq. Ancaq bunun qarşılığında ABŞ-dan görmədik. ABŞ-ın artıq Türkiyəyə qarşı bir planı olduğu aydın görünür”.