Türk dövlətləri birgə hərbi təlimlər keçirəcək

05 Noyabr, 2019 15:57 | Siyasət | Baxış sayı: 77
Azərbaycan və Türkiyə Ordusunun birgə hərbi təlimləri
Azərbaycan və Türkiyə Ordusunun birgə hərbi təlimləri

Məsələ Bakıda müzakirə edilib

Türkdilli dövlətlərin birgə hərbi təlimləri keçirilə bilər. 

İstiPress-in məlumatına görə, bu məsələ noyabrın 5-də Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə olunub. 

İki ölkənin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.