Paşinyan Qarabağa görə erməniləri sevindirməyə qərar verdi

05 Noyabr, 2019 11:55 | Siyasət | Baxış sayı: 652
Nikol Paşinyan
Nikol Paşinyan

Erməni baş nazirin nokautdan qorunmaq yolu

"Deyə bilərəm ki, Qarabağ nizamlanması üzrə danışıqlar prosesində  maraqlı dinamika var. Mən nikbinəm və düşünürəm ki, bu dinamika davam edəcək. Dinamika inkişaf edəcək". Bunu özünün "Facebokk" profilində Ermənistanın baş naziri Nikol Paşinyan yazıb. Erməni nazir bu dinamikanaı təmas xəttində gərginliyin azalması ilə əlaqələndirib.

Onun fikrincə, bu Düşənbədəki müzakirələr nəticəsində mümkün olub. Bununla yanaşı baş nazir etiraf edib ki, erməni hərbçilər itkilər verməkdə davam edirlər.

Paşinyan Qarabağ nizamlanması ilə bağlı əvvəlki tezislərini də xatırladıb. "Mən demişəm ki, Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır".

Baş nazir və onun ətrafı yaxşı anlayır ki, Qarabağla bağlı istənilən istənilən referendum heç kimə lazım deyil. Ancaq rəsmi Bakı ümumxalq səsverməsi keçirmək hüququna malikdir. Bundan başqa Paşainyanın 3 xalqla bağlı iddiası da tam absurddur. Azərbaycan prezidenti buna cavabını da verib.

“Facebook”da dərc etdiyi yazısında Paşinyan Azərbaycan liderinin onu saldığı diplomatik nakautlardan hansısa yolla qorunmağa çalışır. Erməni baş nazir özünün xalqa müraciətində həm də qeyd edib ki, onun siyasi düşmənləri ictimaiyyəti hərbi əməliyyatların bərpası ilə qorxutmağa çalışırlar. Onun fikrincə, xalqı müharibə ilə qorxutmaq düşüncəsizlikdir.

Amma onun tərəfdarlarından da bəziləri artıq bu gün açıq-aşkar deyirlər ki, Nikol nəyi isə düzgün etmir. O uduza bilər. Həm də ancaq Qarabağı yox...