Moskvadan İrəvanı şoka salan Qarabağ hücumu

05 Noyabr, 2019 16:18 | Siyasət | Baxış sayı: 1504

Stanislav Tarasov: “Paşinyan rayonları Azərbaycana qaytarmağa hazırlaşır”

Rusiyanın ORSIS şirkətinin Ermənistan Müdafiə Nazirliyinin tenderindən əsassız şəkildə çıxarılması Moskvada rezonans doğurub.

İstiPress-in məlumatına görə, həm biznes, həm də ekspert dairələri bunu Ermənistanın qərbyönümlü hakmiyyətinin məqsədyönlü şəkildə Rusiya ilə əlaqələri zəfilətməsi kimi dəyərləndiribilər.

Məsələn, ORSIS şirkətinin təmsilçiləri Rusiya dövlətinə məxsus “RİA Novosti” xəbər agentliyinə müsahibə verərək, Ermənistan tərəfinin bəhanələrminin əsassız olduğunu bildiriblər. Məlumata görə, erməni tərəfi Rusiyanın itəqdim etdiyi snayper tüfənglərinin hərbi təyinatlı yox, ov təyinatlı olduğunu iddia ediblər.

Ermənistanın imtina etdiyi silahlar
Ermənistanın imtina etdiyi silahlar

Yəni dolayısı ilə Rusiya silahının qərb analoqları ilə müqayisədə zəif olduğunu iddia ediblər. İrəvanda gəzən söhbətlərə görə, Ermənistan hərbçiləri snayper silahını Çexiyadan almaq istəyirlər, bunun üçün Rusiya şirkətinə  qarşı müəyyən bəhanələr uydururlar.

Rusiya ekspert dairələrini diqqətlə izlədikdə  bu yanaşma hətta ermənipərəstliyi ilə seçilən ekspertləri İrəvana qarşı sərt mövqe tutmağa vadar edir. Məsələn, İrəvanda dərc olunan “Qrapark” qəzetinin yazdığına görə, Rusiyanın ermənipərəstliyi ilə seçilən eksperti, ermənipərəst “Regnum” saytının rəhbəri  Modest Kolerov bildirib ki, bu gedişlə Ermənistan baş naziri Nikol Paşinyan günlərin bir günü qəfildən Ermənistandakı Rusiya hərbi bazasını ləğv edə bilər.

O, Rusiya müdafiə naziri Şoyqu ilə Ermənistan müdafiə naziri arasında bazanın gücləndirilməsi barədə qərarı etibarsız sayıb, çünki, onun fikrincə, Ermənistanı baş nazir idarə edir.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Kolerovun həmkarı, şərhçi Stanislav Tarasov isə “Regnum”da məsələyə həsr etdiyi məqaləsində Nikol Paşinyanın müəyyən rayonları Azərbaycana qaytarmaq niyyətində olduğunu bildirir. O, Paşinyanın Qarabağ danışıqlarında dinamik inkişaf olması barədə dediklərini şərh edərək, bunun üçün Ermənistanda referendum keçiriləcəyini vurğulayır:

“Əgər güzəşt təklifi kimi rayonların bir qisminin Azərbaycana qaytarılması nəzərdə tutulursa, onda ümummilli referendumun keçirilməsi yetərincə məntiqlidir”,- deyə Tarasov vurğulayır.

Yəni Moskvada düşünürlər ki, Paşinyan qərbin dəstəyi ilə Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli istiqamətində addımlar atmaq, ilk mərhələdə Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını geri qaytarmaq niyyətindədir. Bu, Ermənistanı həm Azərbaycanla müharibə təhlükəsindən, həm Rusiya asılılığından xilas edər,  həm də ermənilərin çoxdankı arzusu olan NATO-ya girmək yolunu açar.

Təbii ki, Rusiya hadisələrin bu səviyyədə nəzarətindən çıxmasına imkan verməz. Ruslar demişkən, “əylənməksə, əylənmək”, həm Qərabağ məsələsini özü həll edər, həm də Ermənistan rəhbərliyini dəyişər. Onda Azərbaycan da, Ermənistan da Moskvanın təsir dairəsində qalmaqda davam edər. Əks halda, Kreml hər iki respublika ilə vidalaşmal olacaq.