Büdcə müzakirələri başladı

05 Noyabr, 2019 11:40 | Siyasət | Baxış sayı: 32
Azərbaycan Milli Məclisi
Azərbaycan Milli Məclisi

Müzakirələrdə deputatlar və nazirlər iştirak edir

Milli Məclisin komitələrində 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başlayıb. Müzakirələrdə millət vəkilləri ilə yanaşı, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, digər dövlət və hökumət nümayəndələri iştirak edir.

Qeyd edək ki, gələn il Azərbaycanın icmal büdcəsinin isə gəlirləri 27 533,1 milyon manat, xərcləri 29 488,3 milyon manat məbləğində proqnozlaşdırılır. Son nəticədə büdcə kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da 2020-ci ildə ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir.