ABŞ siyahı hazırladı - Azərbaycan ən yaxşıların sırasında

05 Noyabr, 2019 08:42 | Siyasət | Baxış sayı: 41
DTX əməkdaşları
DTX əməkdaşları

Ölkələrin terrorla mübarizədə gördüyü tədbirlər barədə hesabat yayılıb

Azərbaycan hökuməti 2018-ci ildə Cənubi Qafqazda insan, pul və materialların yerdəyişməsi ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısını almaq, onları aşkarlamaq, qarşısını almaq üzərində fəal işləyib. Bu fikirlər Dövlət Departamentinin ayrı-ayrı ölkələrin terrorla mübarizədə gördüyü tədbirlər barədə yaydığı hesabatda yer alıb.

Hesabatın Azərbaycana dair "2018 Terrorist Incidents: There were no reported terrorist incidents in Azerbaijan in 2018" hissəsində respublikamızın terrorçuluğa qarşı fəal mübarizə apardığı bildirilir.

"Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror aktlarının qarşısının alınması ilə bağlı əməliyyatlar keçirib, terrorçuluqda şübhəli bilinənləri həbs edib, həmçinin Azərbaycandan xaricdəki terror qruplaşmalarının tərkibində döyüşənləri, terror qruplaşmalarına qoşulmaqda, maliyyə yardımı etməkdə şübhəli bilinənləri (xaricdən ölkəyə qayıdanları - red)  məsuliyyətə cəlb edib".

ABŞ Dövlət Departamenti Azərbaycanda sabitliyin mövcud olduğunu xüsusi olaraq qeyd edib.

Dövlət Departamentinin hesabatında eləcə də Azərbaycanın Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların üzvü olduğu, NATO-nun antiterror təşəbbüslərini alyansın "Sülh naminə tərəfdaşlıq"” proqramına üzv ölkə qismində dəstək verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycan NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası çərçivəsində bu ölkəyə sülhməramlılarını göndərib və Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianə verib.

Hesabatda Azərbaycanın terrorçuluğa qarşı mübarizə, təhlükəsizlik məsələləri üzrə məsul olan dövlət orqanlarının funksiyasına, görülən digər işlərə də toxunulub.