ABŞ-ın kabusu - Türkiyə S-400-ü özü istehsal edə bilər

05 Noyabr, 2019 09:25 | Siyasət | Baxış sayı: 79
S-400 Türkiyədə
S-400 Türkiyədə

Ortaq istehsal ikinci partiyanın təhvilini gecikdirə bilər

Türkiyənin müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmir Rusiyadan alınan S-400 kompleksinin ikinci partiyası ilə bağlı açıqlama verib. NTV-nin canlı yayımında çıxış edən Dəmirin sözlərinə görə, yeni sistemin təhvili gecikə bilər. 

Onun sözlərinə görə, Ankara və Moskva S-400-lərin texnoloji paylaşımı və ortaq istehsalı ilə bağlı 2020-ci ilki əhatə edən layihə hazırlayıb.

Xatırladaq ki, ABŞ, NATO ölkələrinin bütün etirazlarına və hədələrinə baxmayaraq Türkiyə Rusiyadan S-400 kompleksinin ilk partiyasını bu ilin yayında təhvil alıb. Türkiyəni bu fikirdən yayındırmaq üçün ABŞ hətta sanksiyalara da əl atıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə ölkəsinin verdiyi sözü geri götürmək niyyətində olmadığını, milli təhlükəsizliyi qorumağın hər şeydən vacib olduğunu demişdi.