Vaşinqton ermənilər üçün ciddi problemlər hazırlayır

05 Noyabr, 2018 19:33 | Siyasət | Baxış sayı: 101
Paşinyanın qəfil salamı Trampı təəccübləndirib
Paşinyanın qəfil salamı Trampı təəccübləndirib

Moskva indidən narahat olmağa başlayıb

ABŞ İrəvanı İran baykotuna qoşulmağa vadar etməyə çalışır. Vaşinqtonun planı İrəvana diplomatik təzyiq edərək onu İranı blokadasına qoşulamağa məcbur etməkdən ibarətdir.

Bunun əvəzində isə ABŞ maliyyə yardımı və Qarabağ probleminin qısa zamanda həllini söz verir. Bu barədə Rusiya mətbuatına müsahibə verən rus ekspertlərin sözlərinə görə, Ağ Ev öz məqsədlərinə çatmaq üçün və Ermənistanı İranla münasbətləri pisləşdirməyə, dayandırmağa çalışır. Yəni Vaşainqton Ermənistan üçün ciddi və ağır sınaq hazırlayır.  İlk növbədə ABŞ-dakı erməni diasporu üçün.  Bunun fonunda Tehran və Moskva ilə Ermənistan rəhbərliyinin arasında ciddi problemlər yarana bilər.

Xatırladaq ki, Vaşinqton İrəvana təsadüfi təzyiq göstərmir. Bu ölkənin yeni rəhbərliyi əsasən inqilabçıalrdır və Amerikaya meyillidirlər. Əgər Ermənistan Vaşainqtonun şərtlərini qəbul edərsə, o demək olar ki, tamamilə blokadaya düşəcək.

Görünür, məhz bu, Rəsmi irəvanın qarşısını alır. Onlar bilirlər ki, ölkə bu gün iqtisadi cəhətdən iflic vəziyyətdədir.