Paşinyandan Qarabağ etirafı

05 Noyabr, 2018 08:34 | Siyasət | Baxış sayı: 477
Paşinyan Qarabağda
Paşinyan Qarabağda

İşağ edilən torpaqlardan şəkil paylaşıb, altına belə yazdı

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan yeni təxribata cəhd edib. İstiPress-in məlumatına görə, Paşinyan Azərbaycanaın işğal altında olan torpaqlarında qurulan separatçı rejimə dəstək niyyəti ilə Qarabağda olan işğalçılarla çəkilən fotosunu paylaşıb. 

Ordusunun "qüdrətini" göstərmək istəyən paşinyan fotonu isə o "bizim adımız erməni ordusudur" şərhi ilə paylaşıb.

Bununla da o bir daha işğal faktını etiraf edib. Yəni ki, Azərbaycan ilə təmas xəttində hansısa oyuncaq rejimin yox, məhz Ermənistanın ordusu, bu ölkənin vətəndaşları yerləşdirilib.