KTKM-yə erməninin əvəzinə Bakıda oxuyan general

05 Noyabr, 2018 12:50 | Siyasət | Baxış sayı: 342
Stanislav Zas
Stanislav Zas

Belarusdan olan general qurumun baş katibi seçilə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Azərbaycanda təhsil alan generala rəhbərlik edə bilər. İstiPress-in məlumatına görə, söhbət Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasdan gedir. Bu posta yeganə namizəd kimi adı çəkilən Zas 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil alıb. 

KTMT üzvi olan ölkələrin rəhbərləri yeni baş katib haqqında qərarı noyabrın 8-də verəcəkləri güman edilir. Belə ki, məhz bu tarixdə KTMT ölkələri (Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) qurumun təhlükəsizlik şurasının sessiyasında iştirak edəcəklər. 

Bir zamanlar Ermənistandan olan Yuri Xaçaturovun rəhbərlik etdiyi KTMT-yə Bakıda təhsil alan generalın gətirilə biləcəyi barədə xəbər isə ən çox erməniləri narahat edib. Bu qərarın Ermənistanda hansı isteerikaya səbəb olacağını bilmək elə də çətin deyil.

Xatırladaq ki, erməni general Yuri Xaçaturov Ermənistanda 1 mart 2008-ciil hadisələrinə görə ittiham edilib. Bir neçə ay öndə o İrəvanda həbs edilsə də, sionradan azad edilmişdi. Daha sonrs Xaçaturov KTMK baş katibi postundakı vəzifəsindən azad edilib.  Ermənistan nümayəndəsi 2020-ci ilədək seçildiyi halda, yalnız il yarım baş katib vəzifəsini tuta bilib.