İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

05 Noyabr, 2018 18:58 | Siyasət | Baxış sayı: 136
Sərəncam imzalandı
Sərəncam imzalandı

Səmərəli fəaliyyətə görə, medal və fəxri diplomlar verildi

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Alışanov Şirindil Həsən oğlu
Quliyeva Mahirə Həmid qızı
Yusifov Vaqif Əziz oğlu

Dövlət başçımızın digər sərəncamı ilə Azərbaycanda ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Araslı Nüşabə Həmid qızı
Məmməd Tahirə Qəşəm qızı