Ermənistan KTMT-dakı postunu itirdi

05 Noyabr, 2018 10:45 | Siyasət | Baxış sayı: 55
KTMT tankları
KTMT tankları

Xaçaturovu Belarus nümayəndəsi əvəz edə bilər

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postunu saxlayan bilmədi. “Kommersant”ın yazığına görə, qarşıdakı üç ildə təşkilatın yeni rəhbəri böyük ehtimalla Belarus nümayəndəsi olacaq. Qəzetdə yer alan məlumata görə, bu posta əsas namizəd dövlət təhlükəsizlik şurasının katibi Stanislav Zasyadır. 54 yaşlı general mayor KTMT işi ilə yaxşı tanışdır.

Ermənistan isə Yuri Xaçaturovun əvəzində özünün namizədini təklif etmək niyyətində idi. Lakin heç nə alınmayıb. Çünki artıq İrəvana artıq inam yoxdur.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən bu ayın əvvəlində azad edilib.

Bir neçə ay öncə isə o, Ermənistandakı 1-2 mart 2008-ci il hadisələrində, konsitutsion quruluşu devirməyə cəhddə təqsirli bilinərək tutulmuşdu. Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmə qərarına görə girov müqabilində zaminə buraxılmışdı.