ABŞ dünyaya elan etmişdi - bu gündən başladı

05 Noyabr, 2018 10:27 | Siyasət | Baxış sayı: 89
Mayk Pompeo. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru
Mayk Pompeo. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru

Yeni sanksiyaların tədbiqi bu gündən başlayır

ABŞ-ın dövlət katibi Mayk Pompeo İrana bu gündən tədbiqi başlaması nəzərədə tutulan yeni sanaksiyalar haqqında açıqlama verib. O, sanksiyaların 600-dən çox şirkətə və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirib.

"Onlar İran rejiminin davranışına təsir etməli olacaqlar. Buna ümid edirik". Onun sözlərinə görə, sanksiyalar artıq İranın iqtisadiyyatına böyük təsir göstərib. Çünki avropalı partnyorlar ölkədən öz bizneslərini çıxarmağa başlayıblar. 

"Sıfıra çatmaq üçün bir az daha çox vaxt lazımdır".

Xatırladaq ki, ABŞ-ın maliyyə naziri Stiven Mnuç sanksiya siyahısına İranın 700-dən çox fiziki və hüquqi şəxsin salınacağını bildirmişdi. Onlardan bəzilərinin adları ABŞ-ın əvvəlki sanksiyalar siyahısında olmayıb.

Xatırladaq ki, Donald Trampın nüvə razılaşamasından çıxdıqdan sonra qəbul edilən sanksiyalar mərhələli şəkildə tədbiq edilir. Sanksiyalar Vaşinqton saatı ilə 00.01 (Bakı saatı ilə 09:01) qüvvəyə minib.